Təhsil Nazirliyi qarşısında keçirilən aksiyada Səhlab Bağırov və daha bir neçə polis xəsarət alıb - YENİLƏNİB - FOTOSESSİYA

Təhsil Nazirliyi qarşısında keçirilən aksiyada Səhlab Bağırov və daha bir neçə polis xəsarət alıb - <font color=red>YENİLƏNİB - FOTOSESSİYA</font>
# 05 oktyabr 2012 10:01 (UTC +04:00)
APA-nın məlumatına görə, dindarların keçirdiyi aksiyada Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırova xəsarət yetirilib.

S. Bağırov APA-ya açıqlamasında xəsarətinin ağır olmadığını bildirib. O, qeyd edib ki, artıq aksiya dağıdılıb.

Bakıda dindarların keçirdiyi aksiyada 3 polis əməkdaşı isə ağır xəsarət alıb. Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, xəstəxanaya ağır xəsarətlə daxil olan 3 polis əməkdaşından 2-si Daxili İşlər Nazirliyinin hospitalına aparılıb. Bir nəfər isə hazırda Klinik Tibbi Mərkəzdə müalicə alır.

Qeyd edək ki, bu gün bir qrup dindar Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib. APA-nın məlumatına görə, aksiya iştirakçıları hicaba qoyulmuş qadağanın götürülməsi tələbi ilə plakatlar qaldırıb, şüarlar səsləndiriblər.

Hadisə yerinə cəlb olunmuş polislər aksiyanın qarşısını almaq istəyərkən qarşıdurma yaranıb. Toqquşma nəticəsində həm polis, həm də aksiya iştirakçıları arasında xəsarət alanlar olub. Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib, yaralılar xəstəxanaya aparılıb.

Aksiyanın qarşı alınıb, aksiya iştirakçıların bir neçəsi saxlanıb.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən isə APA-ya bildirilib ki, bir qrup şəxs Təhsil Nazirliyinin binası qarşısında qanunsuz aksiya keçirməyə cəhd göstərib, lakin bu cəhdin qarşısı alınıb. “İctimai qaydanı kobud şəkildə pozduğu üçün bir neçə nəfər saxlanıb”, - deyə bölmədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR