İranla Türkiyə arasında təbii qazın qiyməti ilə bağlı problem yaranıb

İranla Türkiyə arasında təbii qazın qiyməti ilə bağlı problem yaranıb
# 01 avqust 2012 11:34 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İranın neft naziri Rüstəm Qasımi Türkiyəyə səfər edəcək. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, səfərdə məqsəd İranla Türkiyə arasında enerji məsələlərinə dair yaranmış mübahisəli məsələləri müzakirə etməkdir. Səfər çərçivəsində R. Qasımi avqustun 2-də Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızla görüşəcək.
Qeyd edək ki, Türkiyə İrandan aldığı təbii qazın qiymətinin baha olduğunu bildirərək endirim tələb etsə də, Tehran Ankaranın istəyinə qarşı çıxıb. Türkiyə məsələnin Beynəlxalq Arbitraj Məhkəməsində həllinə çalışacaqlarını bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR