Ukraynanın Azərbaycandakı səfiri Milli Məclisin deputatları ilə görüşüb

Ukraynanın Azərbaycandakı səfiri Milli Məclisin deputatları ilə görüşüb
# 24 oktyabr 2012 14:09 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko Milli Məclisin deputatları ilə görüşüb.

Ukraynanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirlikdə baş tutan görüşdə Eldar İbrahimov başda olmaqla Milli Məclisin Azərbaycan-Ukrayna dostluq qrupunun üzvləri və Səfa Mirzəyevin rəhbərliyi ilə parlament aparatının nümayəndələri iştirak edib.

Ukrayna Ali Radasına seçkilərə həsr olunmuş görüşdə azərbaycanlı deputatların Ukraynadakı seçki prosesinin müşahidəsində iştirakı, Azərbaycan-Ukrayna münasibətlərinin parlament müstəvisində gələcək inkişafı məsələləri müzakirə olunub.

Qeyd edək ki, Ukrayna Ali Radasına növbəti seçkilər oktyabrın 28-də keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR