Həyat yoldaşı avtoqəzada ölən kişi intihara cəhd edib

Həyat yoldaşı avtoqəzada ölən kişi intihara cəhd edib
# 26 sentyabr 2012 10:54 (UTC +04:00)
Quba. Vəli Turan - APA. Bu gün səhər saatlarında Quba rayonunda intihara cəhd faktı qeydə alınıb. Rayonunun Heydər Əliyev prospektində yaşayan 57 yaşlı Kəlbəli Mirzəliyev özünü yaşadığı evdə asaraq intihara cəhd edib.

Ailə üzvləri K. Mirzəliyevi dərhal Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. O, reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Qohumlarının sözlərinə görə, onun intihar etməsinin səbəbi sentyabrın 20-də həyat yoldaşı, 56 yaşlı Sona Mirzəliyevanın yol nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişməsi olub.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR