Ağstafa-Poylu mənzilinin 74-75-ci və Soyuq-Bulaq-Böyük Kəsik mənzilinin 48-47-km-də yolun təmirinə başlanılıb - FOTO

Ağstafa-Poylu mənzilinin 74-75-ci və Soyuq-Bulaq-Böyük Kəsik mənzilinin 48-47-km-də yolun təmirinə başlanılıb -<font color=red> FOTO</font>
# 11 sentyabr 2012 07:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gündən başlayaraq sentyabrın 13-dək «Azərbaycan Dəmir Yolları» QSC-nin Ağstafa-Poylu mənzilinin 74-75-ci km-də 1862 metr, Soyuq-Bulaq-Böyük Kəsik mənzilinin 48-47-km-də 1875 metr yolun təmir edilməsi nəzərdə tutulur.

«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu müddət ərzində ümumilikdə 3737 metr yol əsaslı təmir olunacaq.

Qeyd edək ki, «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yol əsaslı təmir ediləcək.

Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə ötən ilin iyun ayının 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 113 km yol əsaslı təmir olunub. Əsaslı təmir işlərini «Azərbaycan Dəmir Yolları» QSC-nin «Dəmiryolservis» MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın «Exim» bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini saatda 140 km-ə artırmaq mümkün olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR