Siyəzən rayonunda bir ailə yol qəzasına düşüb, ana ölüb, iki azyaşlı yaralanıb-FOTO

Siyəzən rayonunda bir ailə yol qəzasına düşüb, ana ölüb, iki azyaşlı yaralanıb-<font color=red>FOTO</font>
# 30 sentyabr 2012 12:43 (UTC +04:00)
APA-nın şimal bürosunun məlumatına görə, 1982-ci il təvəllüdlü Şabran rayon sakini Abdullayev Güləli Nurəli oğlunun idarə etdiyi “Mercedes” markalı avtomaşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücünün həyat yoldaşı, 1982-ci il təvəllüdlü Abdullayeva Tamilla Mehman qızı hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı ailənin iki azyaşlı övladları, 2011-ci il təvəllüdlü Ruqiyyə və 2006-cı il təvəllüdlü Fərqanə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Siyəzən Regional Diaqnostika mərkəzinə yerləşdiriliblər. Fərqanənin vəziyyəti ağır olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra onu Bakıda yerləşən xəstəxanalardan birinə aparıblar.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR