Azərbaycan və Almaniyanın xarici işlər nazirləri arasında görüş keçirilib - FOTO
19 oktyabr 2012 09:59 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Qido Vestervelle ilə görüşüb.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı sülh prosesinin cari vəziyyəti və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu ətrafında müzakirələr aparılıb.
Tərəflər bu il iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyinin qeyd edildiyini və ötən illərdə yaradılmış qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin iki ölkə arasında gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm özül yaratdığını vurğulayıblar.
Azərbaycan və Almaniyanın xarici işlər nazirləri həmçinin BMT Təhlükəsizlik Şurasının gündəliyində duran məsələlər və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xarici siyasət
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb
22:38
8 may 2024
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
22:15
8 may 2024
Ərdoğan Azərbaycanla Ermənistan arasında sülh sazişinin ən qısa zamanda imzalanmasını vacib sayır
20:07
8 may 2024
Ceyhun Bayramov İsrail XİN siyasi direktoru ilə görüşüb
20:00
8 may 2024