Rusiya Kommunist Partiyasının lideri Liviyada öldürülən ABŞ səfirini təhqir edib

Rusiya Kommunist Partiyasının lideri Liviyada öldürülən ABŞ səfirini təhqir edib
# 19 sentyabr 2012 12:35 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, G. Züqanov “Twitter” səhifəsində “ABŞ-ın Liviyadakı səfiri it kimi öldürüldü. O, nə əkmişdi, onu da biçdi” yazıb.

Kommunist liderin bu ifadələrinə ABŞ sərt reaksiya verib. G. Züqanova qarşı sanksiya tətbiq oluna biləcəyi vurğulanıb.

Kommunist Partiyasının mətbuat xidmətindən G. Züqanovun səhifəsindəki yazının dəyişdirildiyi və bu məsuliyyətin kommunist liderin “Twitter” hesabının idarəçisi Denis Parfyonova aid olduğu bildirilib. D. Parfyonov isə səhifəyə yalnız texniki dəstək verdiyini, həmin ifadələri G. Züqanovun yazdığını açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR