Azərbaycanda dələduzluq yolu ilə külli miqdarda pul mənimsəyən İran vətəndaşına hökm oxunub

Azərbaycanda dələduzluq yolu ilə külli miqdarda pul mənimsəyən İran vətəndaşına hökm oxunub
# 04 oktyabr 2012 09:36 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq yolu ilə külli miqdarda pul mənimsəməkdə təqsirləndirilən İran vətəndaşı Abedi Mohamed Kazem Mahmoudun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A. Mohamed 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A. Mohamed başqa bir nəfərlə şərikli “Milli Maşın Company” MMC-ni alıblar. Daha sonra A. Mohamed şərikindən həmin şirkətin binasının yerləşdiyi torpağı özəlləşdirmək üçün 650 min manata alıb. Lakin torpağı özəlləşdirməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR