Mali parlamentinin spikeri prezident vəzifəsini icra edəcək

Mali parlamentinin  spikeri prezident vəzifəsini icra edəcək
# 11 aprel 2012 04:55 (UTC +04:00)
Bakı-APA. Mali Konstitusiya məhkəməsi bu ölkənin parlamentinin spikeri Dionkundoy Traorenin prezident vəzifəsini müvəqqəti icra etməsinə etiraz etmir.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, aprelin 12-də Traorenin and içmə mərasimi keçiriləcək.
Xatırladaq ki, martın 22-də Malidə dövlət çevrilişi baş verib. Hakimiyyəti ələ keçirən hərbçilər prezident Amadu Tumani Turenin hakimiyyətdən uzaqlaşdırıldığını, Konstitusiyanın qüvvədən düşdüyünü, hökumətin və digər dövlət institutlarının buraxıldığını elan ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR