Azərbaycan Parisdə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə hökumətlərarası işçi qrupunun iclasında iştirak edib

Azərbaycan Parisdə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə hökumətlərarası işçi qrupunun iclasında iştirak edib
# 24 oktyabr 2012 09:15 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Fransanın Paris şəhərində UNESCO-nun qeyri-maddi mədəni irs üzrə hökumətlərarası işçi qrupunun iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə iştirak edib.

UNESCO baş qərargahında keçirilən görüşdə 2003-cü il Konvensiyası və onun direktivləri, Qeyri-maddi mədəni irs üzrə siyahıdakı nominasiyalar, təsnifat qaydaları, "oxşar elementlər"in daxil edilməsi qaydası, daxil edilən elementlərin mühafizə yolları və məlumatlandırılma və s kimi mühüm mövzular ətrafında müzakirələr aparılıb.

Səfər çərçivəsində həmçinin BMT Sivilizasiyalar Alyansının strateji məsələlər üzrə müşaviri Jan Kristof Bas və UNESCO nümayəndələri ilə görüşlər zamanı 2013-cü ildə Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq prosesi müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR