Zaqatalada fındıq sexi yanıb

Zaqatalada fındıq sexi yanıb
# 06 oktyabr 2012 19:53 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda fındıq emalı sexinin anbarında yanğın olub.

Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Yanğından Mühafizə Hissəsindən məlumat verilib.

Məlumata görə, yanğın Şabanov Davud Məhəmməd oğluna məxsus fındıq emalı sexinin Yuxarı Tala kəndi ərazisindəki yerləşən, ümumi sahəsi 800 kv.m olan anbarında qeydə alınıb.

Hadisə yerinə FHN-nin Zaqatala rayon Yanğından Mühafizə Hissəsinin (YMH) texnikası və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində binanın 350 kv/m sahəsinin yanar konstruksiyaları, orada olan 1,5 ton keyfiyyətsiz fındıq yanaraq yararsız hala düşüb.

Yanğınsöndürənlərin səyi nəticəsində binanın 450 kv.m sahəsi və ərazidə olan digər tikililər yanğından mühafizə olunub.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı FHN-in Zaqatala rayon YMH-də araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR