Xaçmazda qaz tənzimləyici cihazların oğurlanması nəticəsində 859 abonent qazsız qalıb

Xaçmazda qaz tənzimləyici cihazların oğurlanması nəticəsində 859 abonent qazsız qalıb
# 02 noyabr 2012 15:01 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Ötən gecə Xaçmaz rayonunun Qımılqışlaq və Qədeş-oba kəndlərinə təbii qazın verilməsini təmin edən tənzimləyici cihazlar oğurlanıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, cihazların oğurlanması nəticəsində Xaçmaz rayonun Mollabürhan, Qımılqışlaq, Mirzəmmədkənd və Qədeş-oba kəndlərinə qazın verilməsi müvəqqəti dayandırılıb. Qaz tənzimləyici cihazların oğurlanması ümumilikdə 859 abonenti qazsız qoyub.

Xaçmaz rayon Qaz İstismar Sahəsindən APA-nın yerli bürosuna bildiriblər ki, həmin qaz şkafları 4 ay öncə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən quraşdırılıb. Oğurlanan cihaz ayrıca istifadəyə yararsızdır.
Şkaflar Rusiyanın Saratov şəhərindəki zavoddan xüsusi sifariş əsasında gətirildiyindən qısa müddətdə qurğunun yenidən quraşdırılması mümkün deyil. Bu səbəbdən qazın verilməsinin nə vaxt bərpa olunacağı məlum deyil.
Faktla bağlı araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR