İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib
# 03 noyabr 2012 13:27 (UTC +04:00)
İmişli. Əlibәy Zeynallı - APA. İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-nın Mil-Muğan bürosuna İmişli rayon Polis Şöbəsinin müstəntiqi Telman Kərimov məlumat verib.

Onun sözlərinə görə, noyabrın 2-də axşam saatlarında İmişli-Saatlı avtomobil yolunun 1-ci kilometrliyində, Qaralar kəndi ərazisində İmişli şəhər sakini 1971-ci il təvəllüdlü Bəhrəm Əli oğlu Hüseynov idarə etdiyi 90-BX-577 dövlət nömrə nişanlı «VAZ-2107» markalı avtomobillə həmin kəndin sakini 1965-ci il təvəllüdlü Əhliman Müzəffər oğlu Orucovu vurub. Piyada aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib.

Faktla bağlı İmişli rayon Pois Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR