Türkiyə İrandan təbii qaz idxalını davam etdirəcək

Türkiyə İrandan təbii qaz idxalını davam etdirəcək
# 16 oktyabr 2012 09:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Türkiyə İrandan təbii qaz idxalını davam etdirəcək və heç bir amil buna mane ola bilməz. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Avropa Birliyinin oktyabrın 15-də İrandan təbii qaz idxalına tətbiq etdiyi sanksiya qərarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Türkiyə İrandan təbii qaz idxalı ilə bağlı öz öhdəliklərinə sadiqdir: “İranla Türkiyə arasında təbii qaz və neft sahəsində yaxşı əməkdaşlıq var. Hazırda iki ölkə arasındakı münasibətlər qənaətbəxşdir. Ötən illər ərzində iki ölkə arasında neft və qaz mübadiləsi həcminin artmasının şahidi olmuşuq. Türkiyənin İranın təbii qazına ehtiyacı var. Ona görə də heç bir amil İranın mavi yanacağının Türkiyəyə girişinə əngəl törədə bilməyəcək”.

T.Yıldız deyib ki, aparılan təmir işlərinin ardından İrandan Türkiyəyə təbii qaz idxalı yenidən bərpa olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR