Suriya üsyançıları 256 hərbçini ələ keçiriblər

Suriya üsyançıları 256 hərbçini ələ keçiriblər
# 13 oktyabr 2012 21:43 (UTC +04:00)
Bakı-APA. Suriyanın İdlib əyalətinin Cisr-əş-Şuhur aşırımında bir neçə gün davam edən döyüşlərdən sonra «Azad Suriya ordusu»nun əsgərləri hökumət qoşunlarının 256 zabiti və əsgərini ələ keçiriblər. Bu barədə «Əl-Cəzirə» telekanalı məlumat yayıb.

Lakin Dəməşqdəki hərbi mənbələr bunu təsdiq etmirlər. Onların məlumatına görə, döyüşlər Maarat-Naaman şəhərinin yaxınlığındakı Vadi-Dəyf adlı yerdə davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR