İsmayıllıda zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evlərə baxış keçirilir

İsmayıllıda zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evlərə baxış keçirilir
# 09 oktyabr 2012 08:29 (UTC +04:00)
Bu barədə APA-ya İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rafael Əhmədov bildirib.

Onun sözlərinə görə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələri 28 kənddə qəzalı vəziyyətdə olan 155 evə baxış keçirməyə başlayıblar. Baxışdan sonra zəlzələ zamanı ziyan dəyən köhnə evlərlə bağlı qərar qəbul ediləcək: “Zəlzələ nəticəsində əsasən rayonun Kəlbənd, Girk, Şükürçü, Yenikənd, Quşencə, Soltankənd, Ustal kəndlərində fərdi yaşayış evlərinin, təsərrüfat xarakterli tikililərinin divarlarında böyük çatlar əmələ gəlib. Qəzalı vəziyyətə düşən tikililərin əksəriyyəti əvvəllər torpaq sürüşməsi səbəbindən ziyan çəkənlərdir. Zəlzələ zamanı həmin tikililərin divarlarında çatlar daha da böyüyüb, evlər yaşayış üçün təhlükəli vəziyyətə düşüb”.

Qeyd edək ki, ötən il torpaq sürüşməsi nəticəsində İsmayıllıda 28 kənddə 155 ev qəzalı vəziyyətə düşüb. Oktyabrın 7-də isə İsmayıllı şəhərindən 17 kilometr cənub-şərqdə 5 bal gücündə baş verən zəlzələ nəticəsində rayondakı bir sıra tikililərə ziyan dəyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR