Azərbaycandan bir qrup jurnalist İsrailə səfər edib

Azərbaycandan bir qrup jurnalist İsrailə səfər edib
# 29 oktyabr 2012 14:14 (UTC +04:00)
Bakı – APA. Azərbaycandan bir qrup jurnalist İsrailə səfərə yola düşüb. İsrailin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər İsrail XİN və səfirlik tərəfindən birgə təşkil olunub.

Səfərin məqsədi İsrailin Azərbaycanlı jurnalistlərə təqdim olunması və ölkənin siyasi, sosial, iqtisadi və mədəniyyət sahələri ilə tanış olmasıdır. Üç günlük səfər çərçivəsində jurnalistlər tanınmış siyasi və ictimai xadimlərlə görüşəcəklər. Onlar həmçinin su, alternativ enerji, informasiya texnologiyaları və tibb sahələri üzrə İsrailin ixtisaslaşmış qabaqcıl şirkətlərinə səfər edəcəklər. Bundan əlavə, İsrailin turist məkanlarına da baş çəkəcəklər.

Səfər Azərbaycan və İsrail arasında diplomatik münasibətlər qurulmasının 20 illiyinə təsadüf edir. “İsrailin Azərbaycandakı səfirliyi inanır ki, bu səfər İsrail və onun xalqı haqqında Azərbaycanlı jurnalistlərin biliklərini artıraraq Azərbaycan və İsrail arasında olan zəngin və dostluq münasibətlərinə öz növbəsində töhfə verəcək” – deyə açıqlamada bildirilir.

Qeyd edək ki, İsrailə səfər edən jurnalistlər sırasında APA-nın əməkdaşı da var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR