Ötən həftə Azərbaycanda qanunvericiliyin tələblərini pozmuş 83 əcnəbi aşkar edilib

Ötən həftə Azərbaycanda qanunvericiliyin tələblərini pozmuş 83 əcnəbi aşkar edilib
# 17 sentyabr 2012 10:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən həftə ərzində Azərbaycanda qanunvericiliyin tələblərini pozmuş 83 əcnəbi aşkar edilib. Bu barədə APA-ya DMX-dən məlumat verilib.

Sentyabrın 10-dan 15-dək DMX tərəfindən Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonu ərazisində qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində aşkar olunmuş əcnəbilərin Azərbaycan qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmələri, eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozmaları müəyyənləşdirilib. Həmin şəxslər barəsində inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

DMX tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR