Azərbaycanda İPMA Direktorlar Şurasının iclası keçirilir - FOTOSESSİYA

Azərbaycanda İPMA Direktorlar Şurasının iclası keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 29 sentyabr 2012 09:51 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Bakıda Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının (İPMA) direktorlar Şurasının iclası başlayıb. «APA-Economics»in məlumatına görə, 1964-cü ildə təsis olunan Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının (İPMA) yaradılmasında məqsəd dünyada həyata keçirilən layihələrin vahid standartlar çərçivəsində həyata keçirilməsini təmin etmək, yeni standartlar yaratmaq və bu sahə üzrə bütün peşəkar mütəxəssislərin, yeni layihə menecerlərinin bilik və təcrübələrini eyniləşdirməkdir. MDB-dən bu təşkilata cəmi 4 ölkə - Rusiya, Ukrayna, Azərbaycan və Qazaxıstan üzvdür. Azərbaycan təşkilata 2001-ci ildən qoşulub.

İPMA-nın tədbiri MDB ölkələri arasında ilk dəfə Azərbaycanda təşkil edilib.

Sentyabrın 29-30-da davam edəcək və 57 ölkəni təmsil edən 100-dən artıq nümayəndənin qatıldığı görüşün əsas məqsədi keçmiş dövrün hesabatları, İPMA-nın iki illik fəaliyyət planının təsdiqlənməsi, İPMA-nın prezident və vitse-prezidentlərinin seçkisi, yeni ölkələrin üzvlüyə qəbul edilməsi və müəyyən səbəblərə görə bəzi ölkələrin üzvlüyünə xitam verilməsidir. Tədbir müddətində nümayəndələr Azərbaycanın dinamik inkişafı və ölkədə həyata keçirilən layihələrlə də tanış olacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR