2012-2013-cü tədris ili üçün rezidenturanın boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb

2012-2013-cü tədris ili üçün rezidenturanın boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb
# 19 sentyabr 2012 07:38 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, boş qalan 22 yerə 8 nəfər qəbul olunub. Qalan 14 yer isə boş qalıb və həmin yerlərə əlavə yerləşdirmə aparılmayacaq.

Qeyd edək ki, rezidenturanın boş qalan yerlərinə seçim sentyabrın 17-18-də aparılıb. Müsabiqədə IV istiqamət (Tibbi-profilaktika) üzrə imtahan verib 70 və daha yuxarı bal toplayan namizədlər iştirak edə bilərdilər. Digər istiqamətlər üzrə plan yerləri tam dolub.

Qeyd edək ki, bu il rezidenturanın 514 plan yerinə 492 nəfər qəbul edilib. Onlardan 432 nəfər Azərbaycan, 60 nəfər rus bölməsi üzrə qəbul olunub. Qəbul planı 95,72 faiz yerinə yetirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR