Azərbaycan prezidenti Ümumdünya İnternet Korporasiyasının prezidentini qəbul edib

Azərbaycan prezidenti Ümumdünya İnternet Korporasiyasının prezidentini qəbul edib
# 04 noyabr 2012 16:07 (UTC +04:00)
APA-nın xəbərinə görə, dövlət başçısı internetin ünvan məkanını idarə edən Ümumdünya İnternet Korporasiyasının prezidenti Fadi Şehadenin VII İnternet İdarəçilik Forumunda iştirakının önəmini qeyd edib.

Prezident İlham Əliyev Forumun Bakıda təşkil olunmasını Azərbaycanın bu sahədə əldə etdiyi uğurların yaxşı göstəricisi kimi dəyərləndirib.

Dövlət başçısı Azərbaycanda azad internetin fəaliyyətinə xüsusi diqqət verildiyini vurğulayıb.

Ümumdünya İnternet Korporasiyasının prezidenti Fadi Şehade Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində əldə edilən uğurları yüksək qiymətləndirib. O, ünvanların idarə olunması sisteminin 14-cü regional serverinin ölkəmizdə yaradılmasının əhəmiyyətini vurğulayıb. Qonaq bu serverin dünya üzrə 10-nun ABŞ-da, 3-nün Avropada, 14-cünün isə Azərbaycanda fəaliyyətə başlamasını böyük nailiyyət kimi dəyərləndirib və bunun regionda internetin keyfiyyətinin artırılması işinə xidmət edəcəyinə əminliyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR