Bakıda Avstriya rəssamlarının təqdimatı keçirilib

Bakıda Avstriya rəssamlarının təqdimatı keçirilib
# 18 sentyabr 2012 08:31 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycan Rəssamlar İttifaqında avstriyalı rəssamlar Karl Karner və Linda Samaraveerovanın “Greenwax On” - perfomans təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat “Black Sea Calling” - art rezidensiyaların mübadiləsi layihəsi çərçivəsində Avstriyanın Qratsa şəhərinin Müasir İncəsənət Assosiasiyasının təşkilatçılığı, Avstriyanın Avropa və Beynəlxalq İşlər üzrə Federal Nazirliyinin Mədəni Siyasət Departamentinin və Birləşmiş Rəssamlar Klubunun (Azərbaycan) birgə əməkdaşlığı ilə baş tutub.

Avstriyalı rəssamlar 4 həftə Azərbaycanda qalıb və bu müddətdə ölkənin mədəniyyəti, incəsənəti ilə tanış olublar. Onlar dağ kəndləri Xınalıq və Şahdağda da olublar.

Proqram çərçivəsində Azərbaycan rəssamları da Avstriya ilə tanışlıq imkanı əldə edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR