Daşkəsəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Daşkəsəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 13 oktyabr 2012 09:49 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Daşkəsən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istindən verdiyi məlumata görə, oktyabrın 12-də saat 08.30 radələrində Daşkəsən rayonu ərazisində, Gəncə şəhər sakini Elvin Məmmədov "Ford Tranzit" markalı avtomaşını idarə edərkən yolu keçən rayon sakini Məhəmməd Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR