AMİP rəhbərliyi Avropa Xalq Partiyasının qurultayında iştirak edir
17 oktyabr 2012 13:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbərliyi Avropa Xalq Partiyasının (AXP) qurultayında iştirak edir.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AMİP sədri Yusif Bağırzadə, baş katib Arzuxan Əlizadə, beynəlxalq məsələlər üzrə katib Elşən Mustafayev AXP-nin Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən növbəti qurultayında iştirak edirlər.
Səfər AXP-nin rəsmi dəvəti ilə baş tutub. Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub. Bunadək isə AMİP rəhbərliyi AXP-nin Avropa komissiyasının sahibkarlıq və sənaye üzrə məsul vitse-prezidenti Antonio Tajani, AXP-nin baş katibi Antonio Lopez-Isturiz və partiyanın digər rəsmi şəxsləri ilə, həmçinin qurultayın işində iştirak edən Slovakiya, İspaniya, İsveç, Portuqaliyadan olan nümayəndə heyətinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə AMİP-in AXP-yə üzvlüyü, partiyalar arası əməkdaşlıq və digər məsələlər müzakirə edilib.
Oktyabrın 17-də AMİP nümayəndə heyəti Avropa Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Daha güclü Avropa Birliyi: Sadə bazardan davamlı rəhbərliyə" mövzusunda keçirilən dəyirmi masada iştirak edib.

Daxili siyasət
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
00:00
28 may 2024
MSK daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub
16:37
27 may 2024
Milli Məclisin yaz sessiyası çərçivəsində son iclasının gündəliyi açıqlanıb
16:31
27 may 2024
Azərbaycanda ən yaşlı qadın seçicinin 134, kişi seçicinin 109 yaşı var
16:26
27 may 2024