Milli Məclisin sədr müavini İctimai Palatanın təyin etdiyi aksiyaya münasibət bildirib

Milli Məclisin sədr müavini İctimai Palatanın təyin etdiyi aksiyaya münasibət bildirib
# 30 oktyabr 2012 11:38 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu fikirləri YAP-ın saytına açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

İctimai Palatanın parlamentin qarşısında nəzərdə tutduğu piketin məqsədinə münasibət bildirən B. Muradova qeyd edib ki, bu təşkilatda birləşənlər həmin aksiya ilə nəyisə dəyişəcəklərini düşünürlərsə, yanılırlar: “Onlar parlamentin buraxılmasını da tələb edirdilər. Belə tələblərin yerinə yetirilməsi mümkünsüzdür. Həm hüquqi, həm də praktiki cəhətdən bu proses mümkün deyil. Ona görə də, mümkünsüz olan tələblərin ətrafında müzakirələr açılmasının tərəfdarı deyiləm”.
Qeyd edək ki, İctimai Palata noyabrın 2-də Milli Məclisin qarşısında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna, İnzibati Xətalar və Cinayət məcəllələrinə ediləcək dəyişikliyə etiraz olaraq aksiya keçirmək niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR