Bakıda Azərbaycan-ABŞ İKT forumu keçiriləcək

Bakıda Azərbaycan-ABŞ İKT forumu keçiriləcək
# 05 noyabr 2012 11:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu həftə Bakıda Azərbaycan-ABŞ İKT forumunun keçiriləcəyi gözlənilir. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

E.Vəlizadənin sözlərinə görə, bu həftə ərzində Bakıda İKT sahəsində bir sıra irimiqyaslı tədbirlər, o cümlədən XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı (BakuTel-2012), VII İnternet İdarəçilik Forumu (IGF-2012) keçiriləcək.

Həmçinin qeyd edək ki, bu gün Bakıda Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Rəhbərləri Şurasının 47-ci iclası və RRB yanında MDB iştirakçı dövlətlərinin informatizasiya üzrə Koordinasiya Şurasının 18-ci iclası keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR