Bir sıra gənclər təşkilatları Fəvvarələr Meydanında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstəriblər - YENİLƏNİB - FOTOSESSİYA

Bir sıra gənclər təşkilatları Fəvvarələr Meydanında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstəriblər - <font color=red>YENİLƏNİB - FOTOSESSİYA</font>
# 20 oktyabr 2012 13:01 (UTC +04:00)
APA-nın aksiyanı işıqlandıran əməkdaşlarının verdiyi məlumata görə, razılaşdırılmamış aksiyanın qarşısı tamamilə alınıb. Bildirilənə görə, flaş-mob şəklində keçirilmiş aksiyada 200-ə qədər gənc iştirak edib. Aksiya zamanı AXCP və Müsavat Partiyasının, həmçinin bir neçə gənclər təşkilatının fəallarının saxlanılması barədə məlumatlar var. Onların arasında AXCP sədrinin müavinləri Gözəl Bayramlı, Asəf Quliyev, İsa Qəmbərin oğlu Turqut Qəmbərin olduğu bildirilir. Aksiya cəhdi zamanı saxlanılanlar barədə hələlik rəsmi məlumat yoxdur.

***

15.21

Fəvvarələr Meydanında 20-yə qədər gənc parlamentin buraxılması şüarı ilə aksiya keçirməyə cəhd edib. Polis cəhdin qarşısını alıb. Bir neçə nəfər saxlanılıb. Saxlanılanların şəxsiyyəti dəqiqləşdirilir.

****

14.59

Aksiyanın keçirilməsi nəzərdə tutulan ərazi polis tərəfindən nəzarətə götürülüb. Hələlik Fəvvarələr Meydanında aksiya iştirakçıları görünmür, ərazidə yalnız polislər və jurnalistlər var.

Saat 14.35-də “AzadlıqRadiosu” bir qrup gənc fəalın Müsavat Partiyasından «İstefa», «Parlament buraxılsın» şüarları ilə çıxaraq yürüş etmək istədikləri barədə məlumat yayıb. Məlumatda qeyd olunub ki, az sonra onlar saxlanıb və aksiya dağıdılıb.

Müsavat Partiyasından APA-ya verilən məlumata görə isə, bir qədər əvvəl polis partiya qərargahı qarşısında 20-dək şəxsi saxlayıb. Saxlanılan şəxslər Binəqədi rayonu 5-ci Polis Bölməsinə aparılırlar.

Müsavat Məclisinin sədri Arzu Səmədbəyli APA-ya bildirib ki, onunla yanaşı 11 Məclis üzvü saxlanaraq polis bölməsinə gətiriliblər: “Saxlananlar arasında partiyanın gənclər təşkilatının fəalları da var”.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov dünən APA-ya açıqlamasında Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya cəhdinin qarşısının alınacağını bildirib. Dünən həmçinin aksiya təşkilatçıları Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb, onlara bununla bağlı rəsmi xəbərdarlıq edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR