«Cənub Dəhlizi»nə Azərbaycandakı bir neçə yataqdan hasil edilən qaz cəlb oluna bilər

«Cənub Dəhlizi»nə Azərbaycandakı bir neçə yataqdan hasil edilən qaz cəlb oluna bilər
# 16 oktyabr 2012 09:53 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan «Cənub Dəhlizi»nə Xəzərdəki «Şahdəniz» yatağı ilə yanaşı, ölkədəki digər qaz yataqlarından hasil edilən qaz da cəlb oluna bilər. «APA-Economics»in məlumatına görə, bu barədə Bakıda keçirilən VI Xəzər neft-qaz ticarət və nəqliyyat beynəlxalq konfransında BP şirkətinin bölməsinin maliyyə xidmətinin rəhbəri Ernesto Daza bildirib.
Onun sözlərinə görə, bura «Azəri-Çıraq-Günəşli» yataqlarının dərin qatlarındakı qazın hasilatını nəzərdə tutan DİP qaz layihəsi və «Abşeron» yatağı aid oluna bilər.

Qeyd edək ki, son qiymətləndirmələrə görə, DİP qaz layihəsi üzrə çıxarıla bilən ehtiyatlar 350 mlrd. kubmetr, «Abşeron» yatağının ehtiyatları isə 150-330 mlrd. kubmetr həcmində qiymətləndirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR