“Gənclərin ilkin peşə təcrübəsi” layihəsinə start verilib

“Gənclərin ilkin peşə təcrübəsi” layihəsinə start verilib
# 28 sentyabr 2012 15:50 (UTC +04:00)
Bakı – APA-Economics. “Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyi “Gənclərin ilkin peşə təcrübəsi” layihəsinə start verib.

İB-dən “APA-Economics”ə verilən məlumata görə, layihə Azərbaycan ali məktəblərinin yuxarı kurslarında oxuyan tələbələrin 1 (bir) ay müddətində ölkəmizdə fəaliyyət göstərən struktur və qurumlarda pulsuz təcrübə proqramının keçirilməsini nəzərdə tutur.

Təqdim olunmuş anket forması vasitəsilə müraciət edən tələbələr müsahibə əsasında seçilərək əvvəlcədən müəyyən olunmuş qurumlarda 1 (bir) aylıq təcrübəyə göndəriləcəklər. Təcrübənin sonunda tələbələrə qurum tərəfindən xasiyyətnamə və layihədə iştirakla bağlı xüsusi sertifikatlar veriləcək.

Xatırladaq ki, “Gənc Sahibkarlar Şəbəkəsi” İB 22 noyabr 2011-ci il tarixində Bakıda, Beynəlxalq Muğam Mərkəzində keçirilmiş “İslam Konfransı Təşkilatının Gənc Sahibkarlar Şəbəkəsi” adlı təsis mərasiminin məntiqi nəticəsi olaraq yaradılıb. Birlik “İslam Konfransı Gənc Sahibkarlar Şəbəkəsi”nin Ümumi Yığıncağının Üzvü və Azərbaycan Respublikası bölgəsi üzrə yerli əlaqələndiricisidir. Bu ilin əvvəlində Ədliyyə Nazirliyi tərəfindən ictimai birlik kimi dövlət qeydiyyatına alınıb. Birlik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən gənc sahibkarların əməkdaşlığının gücləndirilməsi və investisiyaların cəlb olunması istiqamətində çalışmaqdadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR