Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri Qırğızıstanda keçirilən beynəlxalq festivalda iştirak edəcəklər – FOTO

Azərbaycan Opera və Balet  Teatrının aparıcı solistləri  Qırğızıstanda keçirilən beynəlxalq festivalda iştirak edəcəklər – <font color=red>FOTO </font>
# 07 noyabr 2012 11:51 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Noyabrın 15-dən 18-nə kimi Qırğızıstanda Beynəlxalq Opera və Balet sənəti festivalı keçiriləcək.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festival Qırğızıstan Opera və Balet Teatrının yaranmasının 70 illiyinə həsr olunub.

Tədbirdə Rusiya, Qazaxıstan və Azərbaycandan olan qabaqcıl teatrların solistləri iştirak edəcək. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi festivalda iştirak etmək üçün teatrın balet truppasının aparıcı solistləri - əməkdar artist, Prezident mükafatçısı Gülağası Mirzəyev və truppanın istedadlı gənc solisti Nigar
İbrahimovanın namizədliyini irəli sürüb. Noyabrın 18-də Bişkekdə keçiriləcək qala-konsertdə azərbaycanlı balet ustaları A.Adanın “Jizel” və N.Rimski-Korsakiovun “Şəhrizad” baletlərindən parçalar ifa edəcəklər.
Festivalın əsas təşkilatçıları və sponsorlarından biri TÜRKSOY beynəlxalq təşkilatıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR