Azərbaycan-Polşa diplomatik əlaqələrinə həsr olunmuş poçt markaları buraxılıb

Azərbaycan-Polşa diplomatik əlaqələrinə həsr olunmuş poçt markaları buraxılıb
# 30 oktyabr 2012 07:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əmri ilə «Azərbaycan-Polşa» diplomatik əlaqələrinə həsr olunmuş poçt markaları buraxılıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bir blokda iki marka ilə buraxılan markaların üzərində «Uzun Həsən» - Ağqoyunlu dövlətinin banisi Həsən bəy Bayandurun təsviri verilib. Digər markanın üzərində isə Polşanın kralı Yagellonun təsviri verilib. Markaların tirajı 13 min ədəd, bir markanın nominal qiyməti isə 0,60 manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR