«Alfa Sığorta» şirkəti nizamnamə kapitalını artırıb

«Alfa Sığorta» şirkəti nizamnamə kapitalını artırıb
# 29 oktyabr 2012 13:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Alfa Sığorta» ASC-nin nizamnamə kapitalı 2 mln. manat və ya 42% artırılaraq 6,75 mln. manata çatdırılıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumat görə, kapitalın artımı şirkətin 100% təsisçisi olan «Bank Technique» ASC tərəfindən kapital qoyuluşu hesabına həyata keçirilib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmış səhmlərin emissiya prospektinə əsasən, nizamnamə kapitalının artırılması hər birinin nominal dəyərinin 1 000 manat, ümumi 2 000 ədəd adi, adlı sənədsiz səhmlərin buraxılışı yolu ilə həyata keçirilib. Bununla bağlı Vergilər Nazirliyi tərəfindən «Alfa Sığorta» ASC-nın nizamnaməsində edilmiş müvafiq dəyişikliklərin qeydiyyata alınması haqqında Dövlət Reyestrindən Çıxarış şirkətə təqdim edilib.

Bununla da «Bank Technique» ASC-nın sahibliyində olan səhmlərinin ümumi sayı artıq 6 750 ədəd təşkil edib.

Xatırladaq ki, «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR