Həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Ucar rayon sakininə hökm oxunub

Həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Ucar rayon sakininə hökm oxunub
# 06 avqust 2012 11:24 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Lənkəran Ağır Cinayətlər Məhkəməsində həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Ucar rayon sakini Maarif Orucovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə prokuror çıxış edərək, M. Orucovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib . Daha sonra M. Orucov son sözlə çıxış edib. O, elan olunan ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib və məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş edib. Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən, M. Orucov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, M. Orucov münaqişə zəminində Ramiq Hüseynovu bıçaqlayaraq qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən, ittiham olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR