Nuşirəvan Məhərrəmli: “Son on ildə ümumrespublika yayımçısı olan telekanalların sayı 9-a, regional yayımçıların sayı 14-ə çatdırılıb” - FOTO

Nuşirəvan Məhərrəmli: “Son on ildə ümumrespublika yayımçısı olan telekanalların sayı 9-a, regional yayımçıların sayı 14-ə çatdırılıb” - <font color=red>FOTO</font>
# 03 oktyabr 2012 14:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Son on ildə Azərbaycanda fəaliyyət göstərən ümumrespublika yayımçısı olan telekanalların sayı 9-a, regional yayımçıların sayı 14-ə, radio yayımçılarının sayı 14-ə, kabel şəbəkəsi yayımçılarının sayı isə 13-ə çatdırılıb”. APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli rəhbərlik etdiyi qurumun yaradılmasının 10 illiyi münasibətilə keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, MTRŞ tərəfindən fəaliyyəti dövründə bir sıra mühüm qərarlar qəbul edilib. Bu dövrdə xarici televiziya və radio yayımçılarının Azərbaycan Respublikasına məxsus milli tezliklərdə yayımı dayandırılıb.

Şuranın 14 mart 2007-ci il tarixli qərarına əsasən, 01 yanvar 2008-ci il tarixdən etibarən Azərbaycan Respublikası ərazisində təşkilati-hüquqi formasından asılı olmayaraq bütün telekanallarda filmlərin (bədii, sənədli, cizgi və s) yalnız Azərbaycan dilində səsləndirilməsinin təmin olunması barədə qərar qəbul edilib. 2008-ci ildə Şura Azərbaycan ərazisində təsis edilən və fəaliyyət göstərən bütün teleradio yayımçılarının proqramlarının bəzi verilişləri istisna olmaqla, (xəbərlər buraxılışı), əcnəbi dillərin öyrənilməsinə xidmət edən tədris proqramları (30 dəqiqədən çox olmamaq şərtilə), intellektual verilişlər Azərbaycan dilində yayımlanmasını təmin edilməsi barədə xüsusi qərar qəbul edilib. Bununla da teleradio efirində tam həcmdə dövlət dilindən istifadə təmin edilib.

Şura sədri deyib ki, fəaliyyətində nöqsanlar aşkarlanmış özəl kanallara qarşı da tədbirlər görülüb. Bu tədbirlər daha çox xəbərdarlıq formasında olub.

Onun sözlərinə görə, MTRŞ «Televiziya və radio yayımı haqqında» qanunun tətbiq edilməsi barədə Azərbaycan Prezidentinin 05 oktyabr 2002-ci il tarixli fərmanı ilə yaradılıb. 2007-ci ildə Türkiyə Radio və Televiziya Üst Qurumu ilə Azərbaycan Milli Televiziya və Radio Şurası arasında “Əməkdaşlıq Protokolu” imzalanıb, 2007-ci ildə MTRŞ televiziya və radio yayımı üzrə Avropanın teleradio yayımı üzrə tənzimləyici qurumların daxil olduğu, 52 ölkənin üzv olduğu «EPRA» təşkilatına üzv olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR