Şamaxıda narkotik alverçisi tutulub

Şamaxıda narkotik alverçisi tutulub
# 23 oktyabr 2012 19:21 (UTC +04:00)
Şamaxı. Elvin Yaqubov-APA. Narkotik vasitə olan marixuananın qanunsuz olaraq saxlanılması və satışı ilə məşğul olan Şamaxı sakini tutulub. APA-nın məlumatına görə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Şamaxı şəhərinin Şəhriyar küçəsi ev 25, mənzil 2-də yaşayan 1967-ci il təvəllüdlü Vəliyev Yaşar Bəylər oğlunu şübhəli şəxs qismində saxlayıblar. Onun üzərinə baxış keçirilərkən çəkisi 8 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əvvəllər məhkum olunmuş Yaşar Vəliyev tutularaq istintaqa təhvil verilib. Faktla bağlı rayon polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR