ADU-da Hüseyn Cavidə həsr olunmuş açıq dərs keçirilib - FOTO

ADU-da Hüseyn Cavidə həsr olunmuş açıq dərs keçirilib - <font color=red>FOTO</font>
# 19 oktyabr 2012 11:39 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşəbbüsü ilə Hüseyn Cavidin 130 illik yubileyi münasibətilə şair-dramaturqun həyat və yaradıcılığına həsr olunmuş açıq dərs keçirilib.

ADU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərsə rəhbərlik edən Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi dosent Dilbər Zeynalova “İblis”, “Topal Teymur”, “Xəyyam” kimi bir çox sevilən və düşündürücü əsərlərin müəllifi olan dramaturq haqqında fakültənin IV kurs tələbələrinə məlumat verib. Açıq dərsdə həmin kafedranın müdiri Fəridə Səfiyeva da müşahidəçi kimi iştirak edib və öz qeydlərini aparıb.

Açıq dərsdə texnoloji vasitələrdən də istifadə etməklə tələbələrə H.Cavidin həyat və yaradıcılığını əks etdirən qısametrajlı film təqdim olunub. Daha sonra filmin müzakirəsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR