Azərbaycan aşağı orbitli peykin hazırlanması ilə bağlı tenderi yekunlaşdırır

Azərbaycan aşağı orbitli peykin hazırlanması ilə bağlı tenderi yekunlaşdırır
# 05 noyabr 2012 07:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanda «Aşağı orbitli optik peykin hazırlanması, orbitə çıxarılması və sığortalanması» üzrə keçirilən satınalma prosesi çərçivəsində tender yekunlaşma üzrədir. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

Bu peyk Azərbaycanın ilk analoji layihəsi həyata keçiriləndən sonra orbitə buraxılacaq və nisbətən aşağı orbitdə yerləşdiriləcək.

Qeyd edək ki, Azərbaycanın ilk süni telekommunikasiya peyki «Azerspace-1» 2013-cü ilin yanvar ayında orbitə buraxılacaq. «Azerspace-1» telekommunikasiya peykinin Cənubi Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan geostasionar orbitə çıxarılması planlaşdırılır. Peykin istehsalı isə ABŞ-ın «Orbital Sciences» şirkəti tərəfindən aparılıb. Bu ilin avqust ayında peykin orbitə çıxarılması və orbitdə bir illik istismar dövrü üçün Böyük Britaniyanın «Marsh» sığorta brokeri vasitəsi ilə peykin sığortalanması üzrə müqavilə imzalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR