Yaponiya seysmoloqları Azərbaycana gəliblər - FOTO

Yaponiya seysmoloqları Azərbaycana gəliblər - <font color=red>FOTO</font>
# 04 sentyabr 2012 15:33 (UTC +04:00)
Bakı-APA. Azərbaycan və Yaponiya seysmoloqları arasında ikitərəfli əməkdaşlıq əlaqələri genişlənir. Yaponiyanın OYO Seysmik Sənaye Korporasiyasının prezidenti Toru Kajivaranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) görüş keçirilib. Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan tərəfdən AMEA RSXM-in Baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli, Seysmoloji şöbənin müdiri, geologiya-minerologiya elmlər doktoru Tahir Məmmədli, AMEA RSXM Baş direktorunun elmi məsələlər üzrə müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azay Rzayev və geofizika bölməsinin rəhbəri Tələt Əliyev iştirak edib. Yaponiya nümayəndə heyətində isə OYO Seysmik Sənaye Korporasiyasının prezidenti Toru Kajivara, şirkətin vitse-prezidenti Joji Harada, baş menecer Takeşi Ohnişi təmsil olunublar.
Görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinin genişləndirilməsi, eləcə də Azərbaycanda aparılan seysmik tədqiqatlara dair məsələlər müzakirə olunub. Həmçinin OYO Seysmik Sənaye Korporasiyasının prezidenti Toru Kajivara rəhbərlik etdiyi şirkətin istehsal etdiyi seysmometrlər haqqında ətrafı məlumat verib.

Q. Yetirmişli də öz növbəsində Azərbaycanda aparılan kompleks seysmik tədqiqatlar barədə qonaqları məlumatlandırıb.

Qeyd edək ki, səfər çərçivəsində sabah yaponiyalı seysmoloqlar AMEA RSXM-in Bakı stansiyası ilə tanış olacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR