Danimarkanın National Danish Perfomance Team rəqs qrupu Bakıya gəlir - FOTOSESSİYA

Danimarkanın National Danish Perfomance Team rəqs qrupu Bakıya gəlir - <font color=red>FOTOSESSİYA</font>
# 02 oktyabr 2012 13:39 (UTC +04:00)
Akrobatik hərəkətləri ilə dünyanın marağına səbəb olan qrup üzvləri şəhərimizdə master-klass keçəcəklər

Bakı. Ülkər Rəşidqızı-APA. Danimarkanın dünyaca tanınmış rəqs qrupu olan National Danish Perfomance Team (NDPT) Bakının qonağı olacaq. APA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinin dəvəti ilə şəhərimizə təşrif buyuracaq və ifalarında əsasən akrobat rəqslərinə üstünlük verən rəqs qrupunun Bakıda bir neçə çıxışı nəzərdə tutulur. 10 günlük səfər çərçivəsində Danimarka rəqqasları Bakıda master-klasslar keçəcək, mədəni əlaqələrin qurulması yönündə bir sıra görüşlərdə iştirak edəcəklər. Qrup dünya turnesi çərçivəsində oktyabrın 8-də Bakıda, Əl Oyunları Sarayında özlərinin gimnastika və akrobatika şousu nümayiş etdirəcəklər. Yaddaqalan şou saat 19:00-da başlayacaq. Oktyabrın 5-də qrup yerli media mənsubları ilə görüşəcək və onların müvafiq suallarını cavablandıracaq.

Dünyanın bir çox ölkələrində öz şouları ilə böyük maraq qazanan National Danish Perfomance Team, 18-28 yaş arasında 28 gənc atletdən ibarətdir. Qrup hər il tur menecerleri ilə bərabər dünya turuna çıxır və konsertləri çox böyük miqyasda təşkil olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR