Əhməd Davudoğlu: “Xankəndi aeroportunun açılması Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə neqativ təsir göstərəcək” - VİDEO
15 oktyabr 2012 13:23 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Xankəndi aeroportunun açılması Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinə neqativ təsir göstərəcək”. Bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu verib.
Xankəndi aeroportunun istismara veriləcəyi təqdirdə Türkiyənin atacağıq addımlarla bağlı sualı cavablandıran XİN başçısı qeyd edib ki, Ankara bu məsələ gündəmə gələn kimi öz mövqeyini açıqlayıb: “Bu məsələ gündəmə gələn kimi biz bəyan etdik ki, bu addım Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinə mənfi təsir göstərəcək. Ermənistan qeyd olunan addımı atdıqdan sonra biz Azərbaycanla məsləhətləşmələr keçirmişik. Düşünmürük ki, bu addım müsbət nəticə verə bilər, bu məsələ beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır”.

Xarici siyasət
Bakıda Polşanın Konstitusiya Günü qeyd olunub
19:56
30 aprel 2024
Azərbaycan və Polşa XİN-ləri Bakıda siyasi məsləhətləşmələr keçirəcək
19:47
30 aprel 2024
Polşa səfiri: Azərbaycanla əlaqələrimizi dərinləşdirməkdən məmnunuq
19:33
30 aprel 2024
XİN başçılarının Almatı görüşünün vaxtı Ermənistana görə dəqiqləşməyib
18:37
30 aprel 2024