Arif Quliyev xəstəxanadan evə buraxılıb

Arif Quliyev xəstəxanadan evə buraxılıb
# 29 sentyabr 2012 09:28 (UTC +04:00)
Aktyor APA-ya açıqlamasında xəstəxanadan dünən axşam buraxıldığını və hazırda özünü yaxşı hiss elədiyini deyib: “Bir ay ərzində ev şəraitində müalicə almalıyam. Hələlik vəziyyətim yaxşıdır. Yalnız təzyiqim qalxıb-düşür. Dünən axşamdan təzyiqim iki dəfə qalxıb”.

A. Quliyev həkimlərin ona bir müddət səhnədə çıxış eləməsinə icazə vermədiklərini deyib. Aktyor həkimlərinə, onun səhhəti ilə maraqlananlara təşəkkür edib.

Qeyd edək ki, aktyorun vəziyyəti sentyabrın 2-də Ağcabədi rayonuna yas mərasiminə gedərkən pisləşib. Bakıya gətirilən aktyor bir müddət xəstəxanada müalicə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR