PKK Türkiyə millət vəkilini sərbəst buraxıb-YENİLƏNİB
14 avqust 2012 20:58 (UTC +04:00)
APA-nın Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, millət vəkili ona fiziki güc tətbiq edilmədiyini bildirib: “Mənə sayğılı davrandılar, siyasi təbliğat apardılar, savaşın gərəksiz olduğunu, öz mübarizələrinin də çox mənasız olduğunu bildiklərini dedilər. Mənə bitərəf millət vəkili kimi fəaliyyət göstərməyimin lazım olduğunu dedilər, mən də silah altında belə qərar verməyəcəyimi, CHP-də fəaliyyətimi davam etdirəcəyimi bildirdim. Kürd probleminin parlamentdəki 4 partiyanın bir araya gəlməsi ilə həll edilə biləcəyini söylədilər.
Mənə yönəlmiş hansısa bir təhdid yoxdu. Tökülən qanın dayandırdılması üçün CHP-dən və məndən daha çox hərəkət gözlədiklərini dedilər. Yolumuzu kəsən qrup məni tanıyırdı. Mənə qarşı güc tətbiq edilmədi, silah belə tuşlamadıqlarını dedilər. Əslində müqavimət göstərə bilərdim. Amma arxadan gələn maşınlar çoxaldıqca, gərginlik yarana bilərdi, heç kimin canını təhlükəyə atmaq istəmədim.
6-7 saat piyada getdik. Mənim də aşiq olduğum Dərsim dağlarında qaldıq. 6-7 nəfərlik gənclər idi, kaş ki, onlar da bu cəmiyyətdə yer alıb, universitet oxusaydılar.
Səhər yuxudan qalxdığımda bir aran bölgəsində idim. Saçımın telinə belə zərər gəlməməsi üçün təlimat verildi. Məni yola salanda sarılıb öpdülər. “Buradakı qardaşlarını unutma, abi” dedilər. Piyada gəldim. Çünki mən Dersim dağlarını qarış-qarış bilirəm”
Tunceli valisi Mustafa Taşkesen isə millət vəkilinin cangüdənsiz gəzməsinin öz tərcihi olduğunu bildirib. O, H. Aygünün proqramını əvvəlcədən valiliyə bildirmədiyini, özünün istəyi olmadan cangüdənlə təmin edilməsini “dövlətin nəzarəti” kimi dəyərləndirdiyini də vurğulayıb. Vali daha sonra H. Aygünün proqramını və hərəkət marşrutunu sosial şəbəkələrdə paylaşmasını da tənqid edib.
Qeyd edək ki, CHP millət vəkili Hüseyn Aygün avqustun 12-də axşam saatlarında PKK terrorçuları tərəfindən Tuncelinin Ovacık rayonunda qaçırılıb.

Avropa
Rusiya Ukraynada Su-25 təyyarəsini itirib
12:10
5 may 2024
Makron bir şəxsin iki dəfədən artıq prezident ola bilməsinə məhdudiyyəti doğru saymır
11:53
5 may 2024
KİV: Makron Pekini Rusiyaya təzyiqlərin vacibliyinə inandırmağa çalışacaq
11:10
5 may 2024
Aİ Rusiyanın maye qazına qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır
07:25
5 may 2024