«Unibank»da valyuta treyderi peşəsini öyrənənlər üçün treninqlər keçiriləcək

«Unibank»da valyuta treyderi peşəsini öyrənənlər üçün treninqlər keçiriləcək
# 11 sentyabr 2012 14:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu il sentyabrın 20-21-də «Unibank»da valyuta treyderi peşəsini öyrənmək və maliyyə bazarlarının incəlikləri barədə biliklərini artırmaq istəyənlər üçün treninqlər keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Uniforex» xidməti çərçivəsində bank ticarətə yeni başlayanlara və peşəkar treyderlərə İsveçrənin «MİG Bank»ın analitiklərinin təcrübəsindən istifadə etməyi təklif edir. Broker xidmətlərinin göstərilməsində ixtisaslaşan bu maliyyə təsisatı FOREX bazarında «Unibank»ın tərəfdaşıdır.

Treninqlərə rəhbərlik edəcək əcnəbi ekspertlər arasında «MIG-Bank»ın Rusiya və MDB-dən olan müştərilərlə iş üzrə müdiri Kseniya Zubkova, habelə bazar strategiyaları üzrə təhlilçiləri Bidjoy Kar və Aleksandr Kazak var. Xarici mütəxəssislər təlim iştirakçılarına valyuta bazarında qiymətlərin formalaşması, texniki təhlil, indikatorlar, hərrac modelləri, risklərin idarə edilməsi haqqında ətraflı məlumat verəcəklər. Bundan əlavə, «MetaTrader» ticarət platformasında hərracların bir sıra praktiki vərdişləri işlənəcək.

Treninqlərin nəticələrinə əsasən hər bir iştirakçıya «Uniforex»dən müvafiq sertifikatlar təqdim ediləcək.

Qeyd edək ki, təlimlər bankın R.Behbudov küçəsi, 55 (“UniPlaza”) ünvanında yerləşən korporativ təlim mərkəzində təşkil olunacaq. İştirakçı olmaq üçün [email protected] elektron ünvanına müraciət etmək kifayətdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR