Anjelina Qrün: “Rabitə” dünya çempionu ola bilər”

Anjelina Qrün: “Rabitə” dünya çempionu ola bilər”
# 19 oktyabr 2012 12:09 (UTC +04:00)
Bakı – APA. “Sevinirəm ki, "Fənərbaxça"nı hər 3 setdə uda bildik. Biz onlara axtardıqları şansı vermədik". Bunu apasport.az saytının Dohaya ezam olunmuş əməkdaşına açıqlamasında "Rabitə"nin ulduz voleybolçusu Angelina Qrün deyib.

Almaniya millisinin üzvü klublararası dünya çempionatının yarımfinalında "Fənərbaxça"ya 3:0 hesabı ilə qalib gəldikləri oyuna münasibət bildirib.

Qrünün sözlərinə görə, rəqibə oyunlarını nümayiş etdirməyə imkan verməyiblər: "Əgər hər hansı setdə rəqibə xal fərqində yaxınlaşmağa imkan versəydik, nəticə tam başqa cür ola bilərdi. İstanbul təmsilçisini daim təzyiq altında saxladıq, topu yaxşı oyuna daxil etmə, hücum, blok və müdafiə sayəsində onlara oyuna istədikləri kimi qoşulmağa imkan vermədik. Bundan əlavə, yaxşı oynayıb 3:0 hesabı ilə qalib gəldik ki, finala əlavə gücümüz və enerjimiz olsun".

Medal kolleksiyasında klublararası dünya çempionatının medalı olmayan Angelina bunun üçün sona kimi döyüşəcəyini deyib. Artıq mundialın gümüş medalını təmin edən "Rabitə"nin ulduzu bildirib ki, finalda Braziliya təmsilçisinə qarşı fərqli taktika seçəcəklər: "Biz çempionluq uğrunda rəqib "Sollis Nestle" ilə qrup mərhələsində oyuna yaxşı başlamışdıq. Matç 5 set də ola bilərdi. Amma komandanın yeni olması öz sözünü dedi. Düşünürəm ki, bugünkü oyun tam fərqlənəcək. Rəqibə lazımı təzyiq göstərməyə çalışacağıq. Bunun da yekununda qisasımızı almaqla yanaşı, dünya çempionu ola bilərik".
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR