Bakı Metropoliteninin yeni stansiyalarında liftlər də fəaliyyət göstərəcək

Bakı Metropoliteninin yeni stansiyalarında liftlər də fəaliyyət göstərəcək
# 10 sentyabr 2012 10:11 (UTC +04:00)
APA-ECONOMICS”in xəbərinə görə, bunu Bakı Metropolitenin sədr müavini Arif Rəsulov Bakıda keçirilən «Şəhər tunel və yeraltı infrastrukturlar» adlı beynəlxalq konqres-sərgisində çıxış edərkən bildirib.

Onun sözlərinə görə, yeni xətlərdə 7 vaqonlu qatarlar hərəkət edəcək, stansiyalarda şüşədən hazırlanmış təhlükəsizlik qapıları quraşdırılacaq ki, bu da sərnişinlərin qatarların hərəkət etdiyi tunelə daxil olmasını mümkünsüz edəcək.

Bundan başqa, yeni stansiyalarda ventilyasiya sistemi ilə yanaşı, kondisioner sistemi də qurulacaq: “Eskalatorlardan əlavə, liftlər və travalatorlar da qurulacaq və xüsusən də fiziki cəhətdən qüsurlu olan şəxslərə metrodan istifadədə daha rahat şərait yaradılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR