Azərbaycan limanlarında idxal yüklərinin qalığı 37% artıb

Azərbaycan limanlarında idxal yüklərinin qalığı 37% artıb
# 23 oktyabr 2012 11:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 0,8% artaraq 9,3 mln. ton təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 61%-ni neft yükləri, 39%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilib.

«Cari ilin yanvar-sentyabr aylarında dəniz limanlarında 9 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib və 0,5% artım olub. İşlənmiş yüklərin 86,6%-ni təşkil edən beynəlxalq tranzit yüklərinin həcmi 2,5% artıb», - deyə Komitədən bildirilib.

Qeyd edək ki, 2012-ci il oktyabrın 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 65 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36,8% çox idxal yüklərinin qalığı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR