Bakı–Gəncə şəhərlərarası avtobusları yenilənib

Bakı–Gəncə şəhərlərarası avtobusları yenilənib
# 27 may 2024 14:57 (UTC +04:00)

Bakı-Gəncə-Bakı istiqaməti üzrə müasir və komfortlu avtobuslar sərnişinlərin istifadəsinə verilib.

Bu barədə “APA-Economics”ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə Bakı – Gəncə – Bakı şəhərlərarası marşrut xətti müsabiqəyə çıxarılıb. Nəticələrə uyğun olaraq 2 şirkət müsabiqədə qalib gəlib.

Belə ki, 27 maydan etibarən sərnişinlərin daha rahat və təhlükəsiz daşınması üçün Gəncəyə səfərlər “Neoplan” və “Man” markalı avtobuslarla həyata keçiriləcək. Bununla da uzun müddətdən sonra ilk dəfə olaraq şəhərlərarası daşımalarda tam yeni avtobuslar istismara verilir.

Məlumat üçün bildirək ki, “Man” markalı avtobuslar tam yenidir və 2024-cü il istehsalıdır. Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 10:30, 11:00, 12:00 və 14:30-da, Gəncə Avtovağzalından isə 11:00, 11:30, 13:30 və 19:00-da yola düşəcək.

Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daim diqqətdə saxlanılır. Mütəmadi olaraq respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqədə balanslarında müasir və daha yeni avtobusları olan daşıyıcılar qalib gələrək xətlərin istismarını həyata keçirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR