Naxçıvanda həkim və tibb işçilərinin sayı açıqlanıb

Naxçıvanda həkim və tibb işçilərinin sayı açıqlanıb
# 16 iyun 2016 19:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi muxtar respublikada həkim və tibb işçilərinin sayı, o cümlədən dispanserizasiyanın nəticələrini açıqlayıb.

APA-nın məlumatına görə, hazırda muxtar respublikada əhaliyə 233 tibb müəssisəsi tərəfindən tibbi xidmət göstərilir.

Həmin tibb müəssisələrində 707 həkim və 2103 orta tibb işçisi çalışır. Həmçinin muxtar respublikada 5 özəl tibb müəssisəsi fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrasını təmin etmək üçün muxtar respublikada aparılan dispanserizasiyanın nəticələrinə görə isə bu günə qədər 19 min 626 nəfər müayinə olunub, 221 nəfər qeydiyyata götürülüb. Təhsil müəssisələrində şagirdlərin pediatr, oftalmoloq, stomatoloq, ortoped tərəfindən kütləvi müayinəsi də başa çatdırılıb, 38 min 345 nə fərdə müayinə aparılıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR