Bank Of Baku

XİN rəhbəri Bakı–Tbilisi qatarının yenidən bərpa olunmasının əhəmiyyətini vurğulayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov

© APA | Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov

# 24 noyabr 2026 18:41 (UTC +04:00)

2026-cı ilin müsbət inkişaflarından biri Bakı–Tbilisi–Bakı sərnişin qatarının fəaliyyətinin yenidən bərpa olunmasıdır. Bu, insanlar arasında təmasların və qarşılıqlı əlaqələrin artmasına müsbət töhfə verir.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan XİN rəhbəri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

“Təhsil və humanitar sahələrdə əməkdaşlığımız da uğurla inkişaf edir. Universitet rektorlarının forumunun keçirilməsi, 1100-dən artıq gürcüstanlı tələbənin Azərbaycanın ali təhsil müəssisələrində təhsil alması, akademik mübadilə proqramlarının həyata keçirilməsi, eləcə də Azərbaycanda və Gürcüstanda gənclər üçün mütəmadi olaraq düşərgələrin təşkil edilməsi bu əməkdaşlığın bariz nümunələridir”, - nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR